Təyyarə təhlükə səbəbindən yarı yoldan qayıdıb

24.02.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“American Airlines”a məxsus təyyarə bomba təhlükəsi səbəbindən uçuşu dayandırıb.
Reyting.az
xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bildirilir ki, “American Airlines” aviaşirkətinə məxsus, Nyu-Yorkdan Dehliyə uçan təyyarə bomba təhlükəsi səbəbindən Romaya yönləndirilib. 292 saylı reys “mümkün təhlükəsizlik problemi” səbəbindən Türkmənistan yaxınlığında qəfil geri dönüş edib. Hava gəmisi hərbi təyyarələrin müşayiəti ilə Romanın “Leonardo da Vinçi” hava limanına salamat eniş edib.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью