Təyyarə timsahlarla dolu çaya düşdü

13.01.2025

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstraliyada təyyarənin bəndə çırpılması və timsahlarla dolu çaya düşməsi nəticəsində pilot ölüb.

Publika.az xəbər verir ki, bu barədə "9NEWS" məlumat yayıb.

Qəza yerli vaxtla saat 10:20-də baş verib.

Təyyarədə iki nəfər - 63 yaşlı pilot və 29 yaşlı qadın sərnişin olub. Pilot yerindəcə keçinib, qadın isə xəsarət almayıb. Sərnişin hadisə yerindən təxliyə edilib və müayinə üçün xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Adəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью