Təyyarə uçuş enmə zolağından çıxdı

14.02.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Perm şəhəri yaxınlığındakı hava limanında dövlət aviasiyası təyyarəsi uçuş-enmə zolağından çıxıb. 

News24.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

“Perm hava limanı (Bolshoye Savino) təyyarələrin qəbulu və buraxılması üçün müvəqqəti bağlanıb. Bu gün saat 14:30-da dövlət aviasiyası təyyarəsi uçuş-enmə zolağından çıxıb. Alternativ aerodromlara iki reys göndərilib”, - deyə məlumatda bildirilir.

Bolşoe Savino — Perm şəhərində federal əhəmiyyətli beynəlxalq hava limanıdır. 1965-ci ildə mülki hava limanı kimi istifadəyə verilib. Hava limanı Perm vilayətində şəhər mərkəzindən 17,6 km cənub-qərbdə, Bolşoe Savino kəndi yaxınlığında yerləşir. 

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью