Təyyarə uçuşenmə zolağından çıxdı ÖLƏNLƏR VAR

20.12.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Argentinada hava limanına enən Bombardier Challenger 300 tipli təyyarə uçuş-enmə zolağından çıxaraq hava limanı yaxınlığındakı qəsəbədəki evlərə çırpılıb. 

News24.az xəbər verir ki, qəzada təyyarənin iki pilotu həyatını itirib və zərbənin təsirindən təyyarə yanmağa başlayıb.

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Onu da bildirək ki, səlahiyyətlilər təyyarənin vurulduğu evlərdən birində yaşayan 73 yaşlı şəxsin müalicə üçün xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью