Təyyarə yerə çırpıldı: Pilot öldü KONKRET

30.08.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çexiyada dəhşətli təyyarə qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə ölkənin Semili bölgəsində, Vşen hava limanında baş verib.

Məlumata görə, iki yerlik ultrayüngül təyyarə şənbə günü saat 19:00 radələrində hava limanından havaya qalxıb. Təyyarə uçuşdan cəmi 10 saniyə sonra yerə çırpılıb və alovlanıb.

Təyyarədə yalnız pilotun olduğu bildirilib. Hadisə yerinə gələn xilasedicilər onun həyatını xilas etməyə çalışsalar da, pilot aldığı ağır xəsarətlərdən ölüb. Onun Çexiya vətəndaşı olduğu açıqlanıb.

Çexiya polisinin sözçüsü İvana Balakovanın sözlərinə görə, qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisənin bütün təfərrüatları Semili kriminal polisi və Aviasiya Qəzalarının Səbəblərinin Araşdırılması İnstitutu tərəfindən araşdırılır.

Günay Əli 

KONKRET.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью