Təyyarə yük maşını ilə toqquşdu

14.10.2025

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstanın Almatı hava limanında yük maşını ilə “Lufthansa Airbus” sərnişin təyyarəsi (Almatı-Astana reysi) toqquşub.

Moderator.az xəbər verir ki, hadisə təyyarə yanacaq doldurmağı bitirdikdən sonra avtomobil dayanacaqdan çıxarkən baş verib.

Mütəxəssislər dərhal yoxlama aparıb və kiçik səth cızıqları aşkar ediblər.

Lazımi texniki tədbirlərdən sonra təyyarəyə havaya qalxmağa icazə verilib.

Hazırda hava limanının uçuş təhlükəsizliyi şöbəsi hadisə ilə bağlı hərtərəfli araşdırma aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью