Icma.az bildirir, Avtosfer portalına istinadən. Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin qadın zabiti Kler Tompson “Queen Elizabeth” təyy
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, “UK Defence Journal” nəşrinin məlumatına görə, belə bir gəmiyə komandanlıq Birləşmiş Krallı
Kler Tompson Kral Donanmasının qlobal əməliyyatlarına verdiyi mühüm töhfəyə görə Britaniya İmperiyasının ordeni ilə təltif edilib.
2005-ci ildə Hərbi Dəniz Qüvvələrinə qatılan zabit Atlantik okeanı, Karib hövzəsi, Aralıq və Baltik dənizləri də daxil olmaqla müxtəlif missiyalarda xidmət edib.
“Montrose” freqatının ekipajı onun komandanlığı altında narkotik vasitələrin və qanunsuz silah qaçaqmalçılığının qarşısını almaq üçün bir sıra uğurlu əməliyyatlar həyata keçirib.
Qeyd edək ki, “Queen Elizabeth” təyyarədaşıyan gəmisi göyərtəsində şaquli eniş edə bilən 36 ədəd F-35B qırıcısı və dörd ədəd helikopter daşımaq üçün nəzərdə tutulub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.