Təyyarədə 37 azərbaycanlı olub Yenilənib

25.12.2024

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Təyyarədə 37 azərbaycanlı olub - Yenilənib

Bildirilir ki, təyyarədə olanların 37-si azərbaycanlı, 16-sı rus, 6 qazax, 3 qırğız vətəndaşı var.

OLAY yazır ki, bu barədə "Tengry News" məlumat yayıb.

***

Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

OLAY “APA-Economics”in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.

Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir.

***

AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.

OLAY yazır ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.

Vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.


****

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, qəzaya uğrayanlardan 10 nəfər Aktau çoxprofilli xəstəxanasına yerləşdirilib.

Qeyd olunub ki, təyyarə qəzasında sağ qalanların sayı 12 nəfər ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью