Təyyarədə bomba həyəcanı

20.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Austrian Airlines" aviaşirkətinə məxsus təyyarə Bolqarıstanın paytaxtı Sofiya hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb təyyarəyə bomba qoyulması barədə anonim məlumat olub.

Tel-Əviv-Vyana reysi ilə uçan təyyarənin sərnişinləri və ekipaj üzvləri dərhal təxliyə ediliblər. Xüsusi xidmət orqanlarının əməkdaşları faktla bağlı araşdırmaya başlayıblar. Məlumatın doğru olub-olmaması barədə bilgi verilmir.

Qeyd edək ki, ötən həftə analoji hadisə "Delta" aviaşirkətinə məxsus olan və Nyu-Yorkdan İsrailə uçan 2 təyyarədə də yaşanmışdı. Həmin vaxt təyyarələrin heç birində partlayıcı qurğu aşkarlanmamışdı.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью