Təyyarədə bomba həyəcanı

10.03.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün səhər Mumbaydan Nyu-Yorka uçan  "Air İndia" aviaşirkətinə məxsus təyyarə havada ikən göyərtədə bomba olması barədə xəbərdarlıq alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, protokol qaydalarına əsasən təyyarə yenidən Mumbay hava limanına qayıdıb.

Göyərtədə olan 320 sərnişin yaxınlıqdakı hotellərə yerləşdirilib. Təyyarədə isə xüsusi xidmət orqanlarının əməkdaşları axtarışa başlayıblar.

Axtarışın nəticəsi barədə hələlik bir məlumat yoxdu.

Qeyd edək ki, bənzər hadisə ötən ay "American Airlines" aviaşirkətinə məxsus təyyarədə də yaşanmışdı. Nyu-Yorkdan Dehliyə uçan "Boeing-787" təyyarəsi bomba təhlükəsi xəbəri alındıqdan sonra Romaya eniş etmişdi.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью