Təyyarədə bomba olduğunu iddia etdi Ekipaj onu zərərsizləşdirdi

11.11.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-də United Airlines aviaşirkətinə məxsus təyyarədə bomba olduğunu iddia edən və pilot kabinəsinə daxil olmağa çalışan sərnişinin kimliyi məlum olub. Onun əvvəllər üç dəfə ABŞ sərhədini qanunsuz keçdiyi bildirilir.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, şübhəli Honduras vətəndaşı Ronni Aleksandr Qomez-Albertodur. O, daha əvvəl iki dəfə ABŞ-dən deportasiya edilib.

Hadisə UA2174 reysi ilə Nyuarkdan Yeni Orleana uçan Boeing 737 MAX 9 təyyarəsində baş verib. Göyərtədə 46 sərnişin və altı ekipaj üzvü olub.

Uçuş zamanı Qomez-Alberto çantasında bomba olduğunu bildirib və pilot kabinəsinə daxil olmağa cəhd edib. Ekipaj mümkün təyyarə qaçırılması ilə bağlı beynəlxalq 7500 siqnalı göndərib.

Pilot kabinəsinin qapısı hücuma tab gətirib. Ekipaj sərnişini zərərsizləşdirərək təyyarənin arxa hissəsində nəzarət altında saxlayıb. Təyyarə daha sonra Yeni Orleana təhlükəsiz eniş edib və şübhəli hava limanında saxlanılıb.

Qomez-Alberto bomba ilə hədələmə, terror təhdidləri və iğtişaş törətməkdə ittiham olunur. Hazırda o, Luiziana ştatında həbsdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью