Təyyarədə dava düşdü: Pilot təcili...

23.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın Tenerife adasından Böyük Britaniyanın Liverpul şəhərinə uçan sərnişin təyyarəsində havaya qalxdıqdan qısa müddət sonra ciddi insident baş verib.

“Cebheinfo.az” xəbər verir ki, təxminən 10 sərnişinin iştirakı ilə baş verən kütləvi dava səbəbindən pilot təhlükəsizlik məqsədilə təyyarəni geri qaytarmaq qərarı verib.

Məlumata görə, təyyarə havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra Tenerife cənub hava limanına geri dönüb.

186 sərnişin tutumuna malik təyyarə ekipajın müraciəti əsasında hava limanına təhlükəsiz eniş edib.

Polis əməkdaşları davaya qarışan sərnişinləri təyyarədən endirdikdən sonra reys Liverpul istiqamətində yoluna davam edib.

“EasyJet” aviaşirkətinin yaydığı açıqlamada bildirilib ki, bir qrup sərnişinin qaydaları kobud şəkildə pozaraq aqressiv davranış nümayiş etdirməsi səbəbindən təyyarə geri qayıdıb və hava limanında polis tərəfindən qarşılanıb.

Aviaşirkət vurğulayıb ki, uçuş və yerüstü xidmət heyəti bu cür hallara operativ müdaxilə etmək üçün xüsusi hazırlıq keçib və sərnişinlərlə ekipajın təhlükəsizliyi hər zaman əsas prioritet hesab olunur.

Hava hərəkətinin idarə olunması xidməti də ekipajın geri dönüş tələbindən sonra bütün zəruri koordinasiyanın təmin edildiyini və təyyarənin enişdən sonra zolağı problemsiz tərk etdiyini açıqlayıb.

Bununla yanaşı, Böyük Britaniyanın Nəqliyyat və Daxili İşlər nazirliklərinin təyyarələrdə iğtişaş yaradan sərnişinlərin bütün aviaşirkətlər tərəfindən uçuşlardan kənarlaşdırılmasını nəzərdə tutan yeni qaydalar üzərində işlədiyi bildirilir.

Hazırda layihə mərhələsində olan təşəbbüsə əsasən, aviaşirkətlər intizam qaydalarını pozan sərnişinlər barədə məlumatları vahid sistem vasitəsilə bir-biri ilə paylaşacaqlar.

Əfsanə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью