Təyyarədə dava salan sərnişin oturacağa skoçlandı KONKRET

05.09.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişinin notbukunu sındıraraq digər insanlarla davaya girişib. Məlumata görə qaydanı pozan şəxs zərərsizləşdirilib və birbaşa əyləşdiyi oturacağa skoçla möhkəm bağlanıb. Baş vermiş hadisə ilə əlaqədar olaraq, pilotlar Merilend ştatında məcburi eniş ediblər və burada aqressiv sərnişin hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью