Təyyarədə fövqəladə vəziyyət təcili enişə hazırlaşır

23.01.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Taylandın Pxuket şəhərindən Rusiyanın Barnau ərazisinə uçan "Azur Air" təyyarəsi təcili yardım siqnalı verdikdən sonra Çin Xalq Respublikasının Lançjou aeroportuna təcili eniş üçün hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Aviaşirkətin nümayəndəsi “Ъ” qəzetinə verdiyi məlumatda təyyarədə 238 sərnişinin olduğunu bildirib.

Azur Air-in məlumatında deyilir:
“Aviaşirkət vəziyyəti izləyir, əlavə məlumat gözlənilir. Səbəbləri dəqiqləşdirdikcə, vəziyyət barədə dərhal məlumat veriləcək”.

SHOT Telegram-kanalının məlumatına görə, söhbət Boeing 757-2Q8 tipli təyyarədən gedir. 7700 siqnalının verildiyi qeyd edilir. Hansı ki, buna görə göyərtədə fövqəladə və ya qəza vəziyyətinin baş verdiyi güman edilir

Lakin Təyyarənin qəfil enişinin səbəbləri hələ dəqiq məlum deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью