Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi üzvü Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək.
"Report" xəbər verir ki, bu sözləri Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Hökümə ilə axırıncı dəfə nə vaxt danışdığını xatırlamır: "Bizə verilən məlumata görə, bu gün onun nəşi təhvil veriləcək.
Hadisədən xəbərim yox idi. Təsadüfən zəng etdim cavab vermədi. Sonradan öyrəndim ki, rəhmətə gedib.
Qardaşına deyiblər ki, bu gün 12-dən sonra təhvil veriləcək. Qapalı qız idi, işi ilə bağlı heçnə danışmazdı".
Bizim Telegram kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.