Təyyarədə HƏYƏCAN: “Sərnişin çıxış qapısını açdı və…” KONKRET

12.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Çində eniş edən sərnişin təyyarəsində qeyri-adi hadisə baş verib.

KONKRET.az xəbər verir ki, “Kunminq Çanşuy” Beynəlxalq Hava Limanında həyəcanlı vəziyyət yaranıb.

Təyyarə uçuş-enmə zolağında hərəkət etdiyi zaman sərnişinlərdən biri qəfil təcili çıxış qapısını açaraq evakuasiya sürüşkəninin işə düşməsinə səbəb olub.

Sərnişin hadisədən sonra polislərə “Təmiz hava almaq istədim, ona görə qapını açdım” deyib. Onun bu məsuliyyətsiz hərəkəti nəticəsində təyyarədə böyük panika yaranıb və sərnişinlər təyyarədən təxminən yarım saat gec eniblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью