Təyyarədə oksigen balonunun partlaması iddiasını kim irəli sürüb? Rəşad Nəbiyev açıqladı

27.12.2024

Icma.az bildirir, Manset portalına istinadən.

"Təyyarədə oksigen balonunun partlaması iddiası Rostovdakı dispetçer tərəfindən irəli sürülüb"

Manset.az Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan rəsmilərinin AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

"Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью