Təyyarədə olan 242 nəfərin hamısı həlak olub I YENİLƏNİB VİDEO

12.06.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, hava gəmisində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olmaqla ümumilikdə 242 sərnişin və heyət üzvü, o cümlədən 2 pilot və 10 bələdçi olub. İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.
“Air India” bildirib ki, insidentin araşdırılmasında müvafiq orqanlarla tam əməkdaşlıq edir. Həmçinin sərnişinlərin yaxınlarına məlumat verilməsi üçün xüsusi qaynar xətt yaradılıb.
***
Hindistanın qərbində “Air India” şirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub
AzVision.az “News18” və “NDTV” telekanallarına istinadən xəbər verir ki, “ aviaşirkətinə məxsus, göyərtəsində 242 sərnişinin olduğu “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğrayaraq yaşayış massivinə düşməsi nəticində yerdə də zərərçəkənlər ola bilər.
Əhmədabaddakı Sərdar Vallabhbhai Patel adına Beynəlxalq Hava Limanı (SVPIA) “Air India” aviaşirkətinin təyyarəsinin qəzaya uğramasından sonra bütün əməliyyatları dayandırıb.
“Qəzadan sonra bütün əməliyyatlar növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırılıb”, -aeroportun nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
“Reuters” agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində Hindistan, Kanada, Portuqaliya və Böyük Britaniya vətəndaşları olub.




Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью