Təyyarədə pulsuz baqaj daşınması üçün tələblər dəyişdirilir

03.02.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Qazaxıstanın FlyArystan aviaşirkəti pulsuz əl yükü daşınması üçün tələblərdə dəyişikliklər edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 1 mart 2026-cı il tarixindən etibarən sərnişinlər artıq 7 kiloqrama qədər əl yükü daşıya biləcəklər. Əvvəllər bu miqdar 5 kiloqram idi. Lakin əl yükünün ölçüləri dəyişməz qalacaq - 56 x 23 x 36 sm.
Qərar, sərnişin tələbatının, əməliyyat proseslərinin və aviaşirkətlərin təcrübəsinin öyrənilməsi daxil olmaqla, bazarın hərtərəfli biznes təhlili nəticəsində qəbul edilib.
Şirkət yeni qaydaların, alış tarixindən asılı olmayaraq, bu tarixdən etibarən uçuşlar üçün verilən bütün biletlərə şamil ediləcəyini açıqlayıb.
Xatırladaq ki, aşağı büdcəli daşıyıcılarda sərnişinlərə müəyyən edilmiş çəki və ölçü tələblərinə cavab verən bir ədəd əl yükü daşımağa icazə verilir.
Anar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью