Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təyyarədə ən təhlükəsiz yerin quyruq hissəsi olduğuna dair fikirlər var.
Bir çox səyahətçi fövqəladə vəziyyətdə sağ qalma şanslarını artırmaq ümidi ilə burada bilet bron etməyi üstün tutur.
Bəs görəsən bu həqiqətən belədir? BAKU.WS xəbər verir ki, Qazaxıstanın Tengrinews agentliyi məsələnin mahiyyətinə varmaq üçün mülki aviasiya
O, sərnişinlərin təhlükəsizliyinə hansı amillərin təsir etdiyini açıqlayıb. Təyyarə qəzası niyə Aktau yaxınlığında baş verib?
Fəlakəti şərh edən ekspert vaxtından əvvəl nəticələr çıxarmaqdan çəkinməyə çağırıb və qeyd edib ki, indi hadisənin səbəbləri barədə spekulyasiyalar aparmaq yox, obyektiv araşdırmanı təmin etmək üçün məlumatların toplanmasına diqqət yetirmək xüsusilə vacibdir.
Abul vurğulayıb ki, istənilən araşdırma hərtərəfli təhlildən başlayır.
"İndi çoxlu versiyalar dolaşır və onların hər biri bir tərəfdən araşdırma aparacaq komissiyanın diqqətini yayındırır, ya da onların təkzib edilməsinə müəyyən vəsait xərclənir.