Təyyarədə silah var! : Qandallayıb Dohaya apardılar

13.09.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, mübahisə edən şəxslər digər sərnişinləri və heyət əməkdaşlarını hədələyib, hətta üzərlərində silah olduğunu iddia ediblər. Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxslər təyyarə heyətinin xəbərdarlıqlarına və tələblərinə tabe olmaqdan imtina etdikləri üçün stüardessalar onları məcburi qaydada zərərsizləşdirməli olublar.

“Qatar Airways” şirkətindən bildirilib ki, Melburndan qalxan reys Qətərin paytaxtına çatdıqdan dərhal sonra hər iki sərnişin yerli hüquq-mühafizə orqanlarına təhvil verilib. Aviaşirkət bəyan edib ki, heyət üzvlərinin və sərnişinlərin təhlükəsizliyi hər zaman əsas prioritetdir.

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью