Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

07.03.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılır.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hava nəqliyyatında tütün çəkməyə görə cərimə yüz manatdan beş yüz manata qaldırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью