Təyyarədən istifadə edənlərin sayı məlum oldu

18.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 369,6 min və ya 39,5% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 17,6% artaraq 341,2 min ton olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью