Təyyarədən “Pantsir S”in parçası çıxarılıb

04.02.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Pantsir-S” raketi ilə vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən məlumat yayıb.

“Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью