“Təyyarələr bərpa olunacaq və xidmətə davam edəcək” Ryabkov Ukraynanın hücumundan DANIŞDI KONKRET

05.06.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ukraynanın Rusiyanın müxtəlif bölgələrinə endirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumu beynəlxalq ictimaiyyətdə rezonans doğurub. Hücum nəticəsində bir neçə Rusiya hərbi təyyarəsinin zədələndiyi bildirilib.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov baş verənlərlə bağlı açıqlama verib.

O, hücum nəticəsində təyyarələrin zərər gördüyünü, lakin onların tezliklə təmir olunaraq sıraya qaytarılacağını qeyd edib.

“Bu hücumlar bizim müdafiə qabiliyyətimizə ciddi təsir etməyəcək. Təyyarələr bərpa olunacaq və xidmətə davam edəcək,” – deyə Ryabkov bildirib.

Hadisə Rusiya və Ukrayna arasında gərginliyin artdığı bir dövrə təsadüf edir. Beynəlxalq müşahidəçilər bu cür hücumların regionda münaqişənin daha da dərinləşməsinə səbəb ola biləcəyini istisna etmirlər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью