Təyyarələr hava limanı üzərində toqquşdu ABŞ da ölümcül qəza

01.09.2025

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, üç nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, NBC News, Morqan qraflığının şerif ofisinə istinadən xəbər verir ki, hadisə hər iki təyyarə eyni anda Fort Morqan Hava Limanına enməyə çalışarkən baş verib.

Rəsmilərin açıqlamasına görə, hər təyyarədə iki nəfər olub. Qəza nəticəsində bir nəfər ölüb, digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin səbəblərini müəyyən etmək üçün Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən araşdırma başladılıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью