Icma.az, Moderator.az saytına istinadən bildirir. Son 24 saat ərzində dünya təyyarə qəzalarının ard-arda baş verməsi ilə sarsılıb.
Kanada, Norveç və Cənubi Koreyada üç müxtəlif təyyarə qəzası qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu hadisələrdən ən faciəvisi Cənubi Koreyada baş verib, burada 179 nəfər həyatını itirib.
Cənubi Koreya: 179 nəfər həyatını itirdi Cənubi Koreyanın “Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” tipli təyyarə Taylandın Bangkok şəhərindən Cənubi Koreyanın Muan şəhərinə uçarkən qəza edib.
Təyyarə Muan Beynəlxalq Hava Limanına eniş zamanı idarəetməni itirərək pisti tərk edib və hava limanı divarına çırpılaraq partlayıb.
Təyyarədə olan 175 sərnişin və 6 ekipaj üzvündən heç kim sağ qalmayıb.
İlk ehtimallara görə, qəzanın səbəbi təyyarənin gövdəsinin üzərində eniş etməsi ilə əlaqədardır.
Pilotlar enişdən əvvəl hava limanı idarəetmə qülləsi tərəfindən bölgədəki quş sürüsü barədə xəbərdar edilsələr də, təyyarə nəzarəti itirərək qəzaya uğrayıb.