Təyyarələrin quşlarla toqquşması son 1 ildə 2,5 dəfə artıb

06.08.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mülki aviasiyada quşların təyyarələrə toqquşması əvvəlki illərlə müqayisədə 2025-ci ildə 2,5 dəfə artıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) 2025-ci il üçün illik təhlükəsizlik hadisələri bülletenində qeyd olunub.

Keçən il ümumilikdə 8023 xoşagəlməz hadisə qeydə alınıb ki, bunlardan ən çox – 4012-si quşların toqquşması ilə qeydə alınıb. Halbuki 2024-cü ildə bu say 1650 idi.

Uçuşlar zamanı 95 kəskin manevr həyata keçirilib, müxtəlif uçuşlarda 52 siqaret çəkmə hadisəsi, 37 cərimə və təhlükəsizlik pozuntusu qeydə alınıb.

Həmçinin ötən il turbulentlik hadisələri 138 dəfə, sərt enişlər isə 166 dəfə qeydə alınıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью