Təyyarələrin səs küyünə görə Yaponiya sakinlərinə 16,3 milyon dollar təzminat ödəniləcək

29.01.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 yanvar, AZƏRTAC

Yaponiya məhkəməsi Kadena şəhərinin sakinlərinə eyni adlı ABŞ Hərbi Hava Qüvvələri bazasından uçan təyyarələrin səs-küyünə görə hökumətin təxminən 16,3 milyon dollar kompensasiya ödəməsi haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Pentaqonun "Stars and Stripes" qəzeti bu barədə məhkəmə sənədlərinə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ təyyarələrinin səs-küyü sakinlərin gündəlik həyatını pozur və onlara psixoloji təsir göstərir.

Sakinlər bu dəfə 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadək dəyən ziyana görə kompensasiya alacaqlar. Təzminatın məbləği onların bazadan nə qədər məsafədə və hansı müddət ərzində yaşamasından asılı olacaq.

Məhkəmə, eyni zamanda iddiaçıların ABŞ Hərbi Hava Qüvvələrinin bazadakı fəaliyyətini məhdudlaşdırmaq tələbini rədd edib, çünki Yaponiya hökumətinin belə bir səlahiyyəti yoxdur.

Kadena ABŞ Hərbi Hava Qüvvələrinin ölkə xaricindəki ən böyük bazasıdır. Sakinlər 1980-ci illərdən bəri bazadan havaya qalxan təyyarələrin səs-küyündən dəfələrlə şikayət edib və məhkəmədə iddialar qaldırıblar. 2017-ci ildə məhkəmə hökuməti 22 mindən çox sakinə ümumilikdə təxminən 265 milyon dollar məbləğində kompensasiya ödəməyə məcbur edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью