Təyyarəni parçalayıb yeyən adam FOTO

22.08.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransız  Mişel Lotito qeyri-adi bacarığı ilə dünyada məşhur olub. 

News24.az xəbər verir ki, o, “hər şeyi yeyən kişi” ləqəbi ilə tanınıb.

Lotito metal, şüşə, rezin və hətta kiçik təyyarələri belə yeyib. Onun bu qeyri-adi bacarığı 16 yaşında ortaya çıxıb. Həkimlər Lotitonun mədə divarının qalın, həzm mayesinin çox güclü olduğunu müəyyən ediblər. Bu səbəbdən o, iti metal parçalarını belə zərər görmədən yeyə bilib.

Lotito tamaşalarda velosiped, televizor, çarpayı və "Cessna 150" təyyarəsini parça-parça yeyib. Onun adı “Ginnesin Rekordlar Kitabı”na “dünyanın ən qəribə pəhrizi” adı ilə daxil edilib. Ən maraqlısı odur ki, Lotito ona verilən dəmir mükafatı da yeyib. Lotito 2006-cı ildə 55 yaşında dünyasını dəyişib, amma qeyri-adi hekayəsi hələ də yaddaşlarda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью