Təyyarəni qaçırmaq istəyən şəxsi güllələyiblər

18.04.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Karib hövzəsindəki Beliz ölkəsində kiçik bir təyyarəni qaçırmağa cəhd edən bıçaqlı ABŞ vətəndaşı sərnişin tərəfindən vurularaq öldürülüb.

Bizimyol.info xəbər verir ki, "CBS News"un məlumatına görə, Beliz polis rəisi Çester Uilyams hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

Uilyams bildirib ki, ABŞ vətəndaşı Akinyela Taylor bıçaqla qorxudaraq "Tropic Air" təyyarəsini qaçırmağa cəhd edib.

Uilyams, Taylorun təyyarə havada olarkən bıçaq çəkdiyini və daxili reysin ölkə xaricinə yönəldilməsini tələb etdiyini, təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olduğunu qeyd edib.

Uilyams, üç sərnişini bıçaqlayan Taylorun daha sonra silah icazəsi olan bir sərnişin tərəfindən vurulduğunu və zərərsizləşdirildiyini söyləyib.

Beliz hava limanının rəsmiləri təyyarənin təsadüfi istiqamətlərdə uçduqdan sonra təhlükəsiz yerə endiyini və yaralıların xəstəxanaya aparıldığını bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью