Təyyarənin düşdüyü yataqxanadan görüntülər 30 meyit tapıldı Video

12.06.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Nəticədə Londona uçan təyyarənin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, təyyarə həkimlər üçün nəzərdə tutulan yataqxananın üzərinə düşüb.

“News18” telekanalı binadan 30 nəfərin cəsədinin aşkar edildiyini açıqlayıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью