Icma.az, Reyting.az saytına istinadən bildirir.
Türkiyənin Bursa şəhərinin hava limanına eniş zamanı iki nəfərlik təyyarənin pərvanəsi uçuş-enmə zolağına çırpılıb.
Reyting.az xəbər verir ki, nəticədə pilot və sərnişin xəsarət alıb.
Pilot və sərnişin hadisə yerinə cəlb edilən sağlamlıq qrupları tərəfindən müalicə olunmaq üçün xəstəxanaya çatdırılıblar.

V. QULİYEV