Icma.az bildirir, Lent az portalına istinadən. Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.
Lent.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev hava limanındakı vida mərasimində deyib.
O bildirib ki, qara qutu artıq açılıb oxunur: "İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub.
Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib.
Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər.
Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib. S.
Rzayev əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək./APA Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.