Tez bir zamanda imzalamaq olar Mirzoyan

06.12.2024

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayonla görüşüb.

Bakupost.az xəbər verir ki, görüş ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub.

Həmsöhbətlər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan Cənubi Qafqazda sabit sülhün bərqərar olması kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələri təqdim edib. Sülh müqaviləsinin bağlanmasına gəlincə, Mirzoyan əlavə edib ki, siyasi iradə nümayiş olunarsa, sülh müqaviləsini tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью