Tez məşhurlaşdığına görə peşmandır

16.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez gənc yaşında qazandığı şöhrətə görə peşman olduğunu bildirib.

O, bu barədə “Elle” jurnalına müsahibəsində danışıb.

32 yaşlı Qomez erkən populyarlığının onun üzərinə böyük məsuliyyət qoyduğunu deyib:

“Bəlkə də bir az gözləməyə və özünüz üçün yaşamağa dəyər. Məncə, belə gənc yaşda başlamaq lazım deyil. Böyük təzyiq mənim özümü inkişaf etdirməyimə mane oldu. Çox çətin vaxt idi”.

Bununla belə sənətçi əlavə edib ki, bütün çətinliklərə baxmayaraq ulduzluğa gedən yolda ailəsinə və ona dəstək olan hər kəsə minnətdardır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью