Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08.08.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu gün şənbədir. Beşgünkük yorğun iş rejimindən sonra adətən şənbə-bazar istirahət edir, yeni iş həftəsinə hazırlaşırıq.

Bakıvaxtı.az xəbər verir ki, amma şənbə gününü belə sevməyənlər var. Astroloji yanaşmaya görə həftəsonunda belə aktiv qalmaq istəyən bürclər bunlar hesab olunur:

Əkizlər - Evdə sakit oturmaqdan tez sıxılır, şənbəni hərəkətli keçirmək istəyir.

Qoç - Şənbə günü belə planları, görüşləri və fəaliyyətləri olsun istəyir. Boş gün ona darıxdırıcı gələ bilər.

Oxatan - Səyahət, gəzinti və yeni yerlər görmək istəyir. Planı olmayanda şənbəni sevməyə bilər.

Dolça - Adi istirahət rejimindən çox, maraqlı məşğuliyyətlərə üstünlük verir.

Şir - Sosiallaşmaq, dostlarla görüşmək və diqqət mərkəzində olmaq istəyir; sakit şənbə ona görə deyil.

Tərəzi -Şənbəni evdə keçirməkdənsə, dostlarla görüşməyi, alış-verişi və əyləncəni seçə bilər.

Nərgiz Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью