Tez tez ayaqyoluna çıxanlara ciddi xəbərdarlıq: Bu, xəstəlik ola bilər

03.02.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütəxəssislər bildirir ki, gündə 8 dəfədən çox sidiyə çıxmaq və ya qəfil gələn sidik ehtiyacı ilə mübarizə aparmaq sadəcə bir "vərdiş" deyil, müalicə olunmalı bir sağlamlıq problemidir.

Milli.Az xəbər verir ki, bu vəziyyət sidik kisəsi əzələlərinin (detruzor əzələsi) hələ kisə dolmadan ani olaraq yığılması nəticəsində yaranır. İnsan hər an sidik kisəsinin dolu olduğunu hiss edir və bu, sosial həyata ciddi mane olur.

Əsas simptomlar bunlardır:

Gün ərzində 8 dəfədən çox ayaqyoluna getmək. Gecə ərzində iki və ya daha çox dəfə sidik ehtiyacı ilə oyanmaq. Qəfil və qarşısıalınmaz sidik ifrazı istəyi. Bəzi hallarda tualetə çatmadan sidik sızması.

Həkimlər bu vəziyyətin bir neçə səbəbdən qaynaqlana biləcəyini qeyd edirlər:

Şəkərli diabet (diabet). Sidik yolu infeksiyaları. Kişilərdə prostat böyüməsi. Həddindən artıq kofein və ya alkoqol qəbulu. Nevroloji problemlər.

Bu problemdən utanmaq və ya onu yaşla əlaqədar normal saymaq səhvdir. Müalicə mümkündür:

Kofeinli içkilər, acı və ədviyyatlı qidalar azaldılmalıdır.

Çanaq dibi əzələlərini gücləndirməklə sidik kisəsinə nəzarəti artırmaq olar.

Lazım gəldikdə həkim tərəfindən əzələləri sakitləşdirən dərmanlar və ya botoks inyeksiyaları tətbiq edilə bilər.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью