Tez tez komaya düşürəm Əməkdar aktrisa

17.11.2025

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


"Heç kimin nə telefon zəngini cavablayıram, nə də müsahibə verirəm. Sənətdən tamamilə uzaqlaşmışam. Özünüz də görürsünüz ki, efirlər nə gündədir. Bir dəfə çağırırlar, bir müddətdən sonra yenə də özləri çağırmalıdırlar da. Əvvəl sənətkarları özləri itirib-axtarırdılar. İndi zəmanə də, insanlar da dəyişib. Hətta zəng edəndə belə artıq getmirəm. Min bir bəhanə ilə uzaqlaşıram. İncimişəm də".


Medicina" xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Qaybalıyeva deyib.

"Mənim tələbələrim fəxri adlar daşıyırlar, incəsənət aləminə böyük sənətkarlar bəxş etmişəm. "Əməkdar artist" adına görə 200 manat məvacib alıram. Başqa dolanışıq yerim yoxdur. Düzdür, Allah bəndəsini ac qoymur, amma yenə də iş istəyirəm. Sizin vasitənizlə də Mədəniyyət Nazirliyinə müraciət edirəm. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam, incəsənətə, mədəniyyətə böyük töhfələr vermişəm. Niyə mənə bir iş tapılmır? Heç olmasa mədəniyyət evlərində, məktəblərdə bir müəllim kimi çalışmaq istəyirəm. Yəqin ki, cənab nazir bu yazını oxuyar və mənə bir iş tapılar.

Amma sənətkara sağlığında qiymət, dəyər verilməlidir. Heç mənə iş verməsinlər, amma dolanışıq üçün bir az məvacib versələr, şükür edərəm.

Çünki tez-tez komaya düşürəm, şəkərim var, müalicəyə ehtiyacım var.

Nazirlik işçilərindən bunu nəzərə almalarını xahiş edirəm".


medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью