Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avtomobilin təmiz saxlanması həm estetik görünüş, həm də texniki baxımdan vacib hesab olunur.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, avtomobil yuyularkən edilən adi bir səhv, uzun müddət ərzində maşının korroziyaya uğramasına və nəticədə istifadəyə yararsız hala düşməsinə səbəb ola bilər.
Milli.Az edilən bəzi səhvləri sizə təqdim edir: Təzyiqli su ilə ehtiyatsız davranmaq ciddi nəticələrə səbəb ola bilər Ən çox rast gəlinən səhvlərdən biri, yüksək təzyiqli suyun avtomobilə yanlış bucaq və məsafədə tətbiq edilməsidir.
Mütəxəssislər bildirirlər ki, bu, avtomobilin alt hissəsində və karobka birləşmələrində qoruyucu örtüklərin zədələnməsinə, nəticədə pas və çürüməyə yol açır.
Həmçinin, təzyiqli suyun elektrik birləşmələrinə çatması ciddi elektron nasazlıqlara səbəb ola bilər.
Yuyucu vasitələr düzgün seçilməlidir Məişətdə istifadə edilən sabun və deterjanlarla avtomobil yumaq da geniş yayılmış, lakin zərərli vərdişdir.
Bu məhsulların tərkibi avtomobil boyasını və lakını zədələyə, səthin matlaşmasına, çatlamasına və vaxtından əvvəl köhnəlməsinə səbəb ola bilər.