Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Novqorod Universitetinin alimləri müəyyən ediblər ki, düzgün olmayan diş qapanışı və dişləri gıcırdatmaq (bruksizm) xroniki güclü baş ağrılarına səbəb ola bilər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xroniki üz və baş ağrısından böy
Çox vaxt insanlar illərlə müxtəlif mütəxəssislərdən müalicə alır, lakin nəticə qısamüddətli olur.
Araşdırmalar göstərir ki, baş ağrısının səbəbi dişlərin düzgün qapanmaması və bruksizm ola bilər.
Bu zaman çeynəmə əzələləri daim yüklənir, spazmlar yaranır və ağrı başa, boyuna, hətta çiyinlərə yayılır.
Novqorod Universitetinin tədqiqatçıları bildiriblər ki, bruksizm və düzgün olmayan qapanış zamanı çeynəmə əzələlərinin həyəcanlanması artır: sinir impulsları daha sürətli keçir və əzələlər daha qısa müddətdə dartılır.
Eyni zamanda impulsun gücü azalır. Mərkəzi sinir sistemi daimi gərginliyi “təlim” kimi qəbul edir və əzələlərə həmişə dartılma əmri göndərir