Tez tez şokolad yeyənlərin NƏZƏRİNƏ

16.10.2026

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmtina edə bilmədiyimiz qidalardan biri olan şokoladın insan orqanizminə həm faydaları, həm də zərərləri var.

Şokolad E və B vitaminləri, dəmir, maqnezium, kalsium ilə olduqca zəngindir.

Mütəxəssislər hər gün az miqdarda acı şokolad yeməyin qan laxtalanması və qəfil infarkt riskini azaltdığını bildirirlər.

Xüsusilə qadınların psixologiyasına müsbət təsir göstərən şokolad beyin qanaması riskini azaldır, stressi azaldaraq insana xoşbəxtlik bəxş edir (endorfin hormonunu yüksəltmək yolu ilə), qandakı şəkər miqdarını tarazlaşdırır.

Lakin bütün bunlar yalnız acı şokolada aiddir. Əksər insanların xoşladığı südlü şokolad, ağ şokolad bu faydalı xüsusiyyətlərdən məhrumdur. Belə şokoladın istehlakı orqanizmə faydadan çox ziyan vurur.

Milli.Az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью