Tez xarab olan malların gömrükdə sadəcə 3 gün saxlanılacaq

19.06.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tez xarab olan və pirat və ya kontrafakt şübhəsi doğuran malların gömrükdə saxlanma müddəti 10 iş günündən 3 iş gününə endirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Məcəlləyə yeni – 283.1-1-ci maddənin əlavə olunması təklif edilir. Dəyişikliyə görə, reyestrə daxil edilmiş əqli mülkiyyət hüquqlarının obyektləri olan və tez xarab olan mallar gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı pirat və ya kontrafakt olmasına dair əlamətlər aşkar edildiyi halda, həmin malların buraxılışı daha qısa müddətə dayandırılacaq.

Belə ki, mövcud qaydalarda bu müddət 10 iş günü nəzərdə tutulduğu halda, təklif edilən yeni maddəyə əsasən, bu müddət 3 iş günü olacaq.

Eyni zamanda, müraciət edən şəxsin əsaslandırılmış müraciəti olduqda, bu müddətin daha 3 iş günü uzadılması mümkün olacaq.

Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью