Təzə avtomobillərin olduğu yük maşını yandı; 7 “BMW” kül oldu VİDEO

29.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Afyonkarahisar bölgəsində “BMW” markalı lüks SUV və minik avtomobillərinin olduğu yük maşınında yanğın baş verib.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Əmirdağ rayonunda Beyköy yaxınlığında baş verib.

Əldə edilən məlumata görə, 41-L-1709 nömrə nişanlı yük avtomobilinin təkərlərində naməlum səbəbdən yanğın baş verib.

Qısa müddətdə böyüyən yanğın qoşqudakı avtomobillərə keçib. Hadisə zamanı 7 ədəd yeni “BMW” markalı avtomobil yanaraq yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbləri araşdırlır.

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью