Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək.
"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını dama əhatə edəcək: pizza mizza
"Dövlət hesabına, AQTA tərəfindən bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsi həyata keçirilir. Artıq Təzə bazarda etiketləmə başlayıb. Yaxın zamanda digər bazarları da əhatə edəcək".