“Təzə bazar”da partlayış: Xəsarət alanlar var

07.12.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tovuz şəhərinin “Təzə bazar” adlanan ərazisində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.

Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью