Təzə təyin olunan məmur qılıncını çəkib düşür işçilərin üstünə ki...

14.07.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik.  Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur.

"Hamıya oğru kimi baxırlar. Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının,  yaxınlarının yığılmasıdır”.

Deputat bunu qəbuledilməz sayaraq bildirib ki, belə hallara birdəfəlik son qoyulmalıdır.

Razi Nurullayev bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün Parlament Komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью