Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri problemlərinin ictimailəşdirilməsi Sitat.info-ya şikayət ediblər.
Belə ki, onlar yeni tikilib istifadəyə verilən 334 nömrəli məktəbin ən çox istifadə olunan ikinci girişində yolun asfalt örtüyünün olmamasından, yağan yağış sularının yaratdığı gölməçə səbəbindən şagirdlərin və valideynlərin yolu keçə bilməməsindən şikayətçidirlər.
Qeyd edək ki, məktəbin ətrafındakı yollar asfaltlansa da, bu binanın arxasındakı ikinci girişin olduğu küçəyə şamil edilməyib.
Sakinlər deyir ki, məktəbin qarşısı boş çöllük ərazidir, həmin yoldan ancaq uzaqdan maşınla gələn şagirdlər, valideynlər istifadə edir.
Ətrafda yaşayanlar isə məktəbin arxasındakı yaşayış evlərindən gələnlərdir və böyük əksəriyyət ikinci girişdən istifadə edir.
Deyə bilərsiniz ki, niyə birinci qapıdan daxil olmuruq. Səbəb odur ki, məktəbin həyətyanı sahəsi həddindən artıq böyükdür və birinci girişə
Bu şaxtada,yağışda qısa yolu qoyub bu qədər uşaq getməyi heç kim istəməz.