“Tezliklə Əliyev, Ərdoğan və Tramp bəyan edəcək ki...” Orban işə qarışdı | Icma.az
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Bakı və İrəvan sülhə Rusiya və Ukraynadan daha yaxındır: “Orban Trampla görüşdən sonra Putinlə telefonla danışıb, ardınca qardaş Türkiyəyə səfər edərək, cənab Ərdoğanla görüşəcək.
Çox güman ki, Trampın mesajlarını çatdıracaq və Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün 2022-ci ildə razılaşdırılmış, sonradan Qərb tərəfindən pozulmuş “İstanbul sənədləri” yenidən gündəmə gələcək.
Çünki hələlik üzərində işlənməsi mümkün olan yeganə sənəd budur. Amma bu münaqişədə sülh, atəşkəs vaxt aparacaq.
Tramp isə hakimiyyətə gələn kimi, “mən dünyaya sülh gətirirəm” mesajı vermək istəyir.
Düşünürəm ki, bunun üçün ən ideal vəziyyət Azərbaycan-Ermənistan məsələsində yaranıb.
Tam oxu
Xəbəri oxu