Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu və tezliklə Rusiya Prezidenti Vladimir Putin, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, Amerika liderinin bu açıqlamasının videosu Ağ Evin rəsmi sürətli reaksiya hesabı olan "Rapid Response 47" tərəfindən "X" sosial media platformasında paylaşılıb.
"Rusiya və Ukrayna ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə edirik. Çox tezliklə görüş keçiriləcək", – deyə Tramp Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Jurnalistlərin görüşün kimlərlə keçiriləcəyi barədə sualına ABŞ Prezidenti belə cavab verib: "Prezident Putin və Prezident Zelenski ilə. Və düşünürəm ki, artıq mühüm irəliləyişə nail olmuşuq".
Aminə ŞAHSUVARQIZI